"Qarabağ" yenidən Respublika Stadionunda

"Qarabağ" yenidən Respublika Stadionunda

Topaz Premyer Liqasının 10-cu turunda keçiriləcək "Qarabağ" - "Sumqayıt" oyununun yeri dəyişdirilib.

Realnews.Az qol.az-a istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq. "Azersun Arena"nın ot örtüyündə problem yarandığından, Ağdam klubu rəqibini mərkəzi arenada qəbul edəcək.

Qeyd edək ki, noyabrın 3-də keçiriləcək oyun saat 19:00-da başlayacaq.

1-11-2018, 15:48



Fikirlər