Tramp öldürülən jurnalist məsələsində Səudiyyəni dəstəklədi


ABŞ prezidenti Donald Tramp Səudiyyəyə dəstəyini bildirib.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Donald Tramp İstanbul baş konsulluğunda öldürülən jurnalistlə bağlı fikirlərini bölüşüb.

Səudiyyənin məni aldatdığını düşünmürəm.

Dünən Türkiyənin baş prokurorluğundan verilən məlumata görə, səudiyyəli jurnalist Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluq binasında boğularaq öldürülüb. Oktyabrın 20-də isə Səudiyyə Ərəbistanı hakimiyyəti Haşoqqinin Baş konsulluqda münaqişə nəticəsində öldüyünü bəyan edib.

1-11-2018, 10:57



Fikirlər