"Qarabağ"ın rəqibi 1/4 finalda

"Qarabağ"ın rəqibi 1/4 finalda

Futbol üzrə Ukrayna Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Vorskla" da bu turnirdə növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Odessa "Çernomorets"i ilə qarşılaşıb. "Qarabağ"ın rəqibi bu oyunda 2:1 hesablı qələbə qazanmaqla 1/4 finala vəsiqə qazanıb.

"Qarabağ" "Vorskla"ya qarşı ilk oyununu oktyabrın 25-də Bakıda keçirib və 0:1 hesabıyla uduzub. Bu komandalar arasındakı cavab görüşü isə noyabrın 8-də Ukraynada baş tutacaq.

1-11-2018, 10:37



Fikirlər