"Ailələr arası konfliktlər həll olunmazsa, böyük bir müharibəyə yola aça bilər" - Mehriban Xanlarova

"Ailələr arası konfliktlər həll olunmazsa, böyük bir müharibəyə yola aça bilər" - Mehriban Xanlarova

Tanınmış aktrisa, əməkdar artist Mehriban Xanlarova ailə münasibətlərindən danışıb.

Realnews.az "ölkə.az"-a istinadən bildirir ki, aktrisa bildirib ki, heç bir kişi tərəfdən xoşbəxt edilə bilməyən qadınlar meylini oğul övladlarına salır:

"Hər qadının bir kişi tərəfindən, hər kişinin də bir qadın tərəfindən xoşbəxt edilməyə ehtiyacı vardır. Bütün insan münasibətləri bu qarşılıqlı ehtiyac üzərində qurulub. Əgər qadın heç bir kişi tərəfindən xoşbəxt edilməyibsə və oğul övladı da varsa, o, mütləq bütün meylini oğluna yönəldəcək. Ona görə də xüsusilə belə analar gözləri qarşısında gəlinlərinin oğullarına sahiblənməsini qəbul edə bilməzlər. Gəlində anadan fərqli olaraq daha maraqlı imkanlar olduğu üçün oğul istər-istəməz yoldaşına doğru meyl edir. Ana rəqabətdə təbii olaraq geri qaldığını fərq etdikdə növbəti dəfə ya oğluna, ya da gəlinə təzyiqlər göstərməyə başlayar".

Aktrisa bildirib ki, belə hallarda anlaşılmazlıq ailədaxili müharibəyə səbəb ola bilər:

"Ananın əsas hədəfi oğlunu fiziki olaraq gəlindən ayırmaq deyil, oğulun əsl sahibinin anası olduğu və istədiyi zaman ona təsir edə biləcəyini gəlinə qəbul etdirməkdir. Əgər gəlin üzdə də olsa ananın oğlunu ona icarə verdiyini qəbul etsə oğlunu itirməyəcəyindən əmin olan ana artıq gəlinlə dostlaşmağa başlayacaqdır. Ailələr arası konfliktlər həll olunmazsa, böyük bir müharibəyə yola aça bilər".

31-10-2018, 10:58



Fikirlər