Bu gün axşam saatlarında gözlənilən HAVA ŞƏRAİTİ

Bu gün axşam saatlarında gözlənilən HAVA ŞƏRAİTİ

Bu gün axşam saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında

Oktyabrın 29-u axşam saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək. Havanın temperaturu 15-17 dərəcə isti təşkil edəcək.

Rayonlarda oktyabrın 29-u axşam saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu 15-17, dağlarda 5-7 dərəcə isti təşkil edəcək.

29-10-2018, 17:25



Fikirlər