Ronaldu cəzalandırıldı

Ronaldu cəzalandırıldıMadridin "Real" klubunun portuqaliyalı hücumçusu Kriştianu Ronaldu İspaniya çempionatının iki oyununda komandasına kömək edə bilməyəcək.

Anspress-in məlumatına görə, nizam-intizam komitəsi ulduz futbolçunu iki oyunluq diskvalifikasiya edib.

Bu gün keçirilən iclasda Ronaldunun İspaniya çempionatının "Kordoba"ya qarşı son oyununda qırmızı kart alması iki oyun cəza ilə yekunlaşıb.

Bununla da "Real", "Real Sosyedad" və "Sevilya" matçlarında Ronaldunun xidmətindən istifadə edə bilməyəcək.

28-01-2015, 23:26



Fikirlər