Ramil Usubov generalın qardaşına yeni vəzifə verdi - Nazirdən daha bir rəis təyinatı

Ramil Usubov generalın qardaşına yeni vəzifə verdi - Nazirdən daha bir rəis təyinatı

Daxili İşlər naziri Ramil Usubov polis rəisinin yerini dəyişib.

Realnews.az unikal.org-a istinadən xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən Rahib Mirzəyev Nəsimi rayon Polis İdarəsinin 20-ci bölməsinin rəisi təyin edilib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayoru Sahib Mirzəyevin qardaşı olan Rahib Mirzəyev bu əmrə qədər Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi olub.

24-10-2018, 11:54



Fikirlər