Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı

Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlandı

Gündüz saatlarında gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 21-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında gündüz saatlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.

Havanın temperaturu 22-27, dağlarda 15-20 dərəcə isti təşkil edəcək.

23-10-2018, 10:57



Fikirlər