Türkiyədə mühacirləri daşıyan qayıq batdı: 2 uşaq ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB

Türkiyədə mühacirləri daşıyan qayıq batdı: 2 uşaq ölüb, 10 nəfər itkin düşüb - YENİLƏNİB

12:26

Türkiyənin Muğla əyalətinin Bodrum rayonu ərazisində qaçqınları daşıyan qayığın batması nəticəsində 2 uşaq ölüb, 10 nəfər itkin düşüb.

Milli.Az bildirir ki, "Report" "Haberler"ə istinadən xəbər verir ki, ərazidə axtarış-xialsetmə əməliyyatı davam edir.

Qayıq mühacirləri Türkiyədən Yunanıstana aparırmış.

---------
10:50

Aralıq dənizinin Muğla vilayəti sahillərində gəmi batıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, gəmidə qeyri-qanuni miqrantlar olub.

Hadisə nəticəsində 30 nəfərin itkin düşdüyü bildirilir.

Hazırda axtarış-xilasetmə işləri davam edir.

Xatırladaq ki, oktyabrın 10-da İzmir sahillərində də gəmi batmış, 8 nəfər həlak olmuşdu.

22-10-2018, 12:49



Fikirlər