TÜRKSOY-un gənclik xoru Astanada son qastrol konserti ilə çıxış edib

TÜRKSOY-un gənclik xoru Astanada son qastrol konserti ilə çıxış edib

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) gənclik xoru Qazaxıstanın paytaxtı Astanada son qastrol konserti ilə çıxış edib.

Qeyd edək ki, Qazaxıstana qastrol səfər çərçivəsində 34 ifaçıdan ibarət gənclik xoru bu ölkənin Karaqanda, Pavlador, Semey, Öskemen şəhərlərində geniş konsertlər verib.

AZƏRTAC xəbər verir ki, konsert TÜRKSOY-un yaranmasının 25-ci ildönümünə və Astana şəhərinin 20 illiyinə həsr olunub.

Konsertdən əvvəl TÜRKSOY-un 25 illik fəaliyyəti və türk musiqisinin dünyaya tanıdılması istiqamətində gələcək layihələr barədə AZƏRTAC-a müsahibə verən təşkilatın baş katib Düsen Kaseinov Yaponiyada türk mədəniyyətinin xalqlar instrumental ansamblı dekadasını hazırladıqlarını deyib. Noyabrın 28–də UNESCO-nun mənzil qərargahında TÜRKSOY-un 25 illik yubileyi münasibətilə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə kamera orkestrinin konserti keçiriləcək.

İtaliyada qastrol turnesinə hazırlaşdıqlarını deyən Düsen Kaseinov bir neçə festivalda da çıxış edəcəklərini və Qazaxıstandan başlayan qastrol turunun digər üzv ölkələrdə də davam edəcəyini söyləyib.

TÜRKSOY gənclik xoru Astana opera və balet teatrında çıxış edib. Xor türk dünyası bəstəkarlarının əsərlərinə müraciət edib, repertuarda Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Türkiyə, Tatarıstan və Türkmənistandan xalq mahnıları da yer alıb. Konsertlərinə fərqli ruh yüksəkliyi və həyəcan qatan TÜRKSOY-un gənclik xoru, tamaşaçılar qarşısına proqramında etdiyi sürpriz dəyişikliklə çıxıb. Qazaxıstandan dirijor Gülmira Kuttıbadamovanın rəhbərlik etdiyi gənclik xorunun səsləndirdiyi türk dünyası əsərlərinə yeniləri əlavə olunaraq, müğənnilər öz ölkələrinin mahnılarını ifa ediblər. Xor üzvlərinin ifa etdiyi Abayın "Gözümün qarası" (Qazaxıstan), Cahangir Cahangirovun "Bana bana gəl" (Azərbaycan), Kazım Koyuncu "Koy verdin getdin məni" (Türkiyə), Naira Şarafaevanın "Horazm navolari" (Özbəkistan) və başqa mahnıları musiqisəvərlərin böyük rəğbətini qazanıb.

Astanada keçirilən konsertdə “Nə baxirsan” Azərbaycan xalq mahnısını solist İntiqam Allahverdiyev ifa edib.

Qastrol çərçivəsində konsertlərdə bəzi şəxslərə TÜRKSOY-un 25 ilik xatirə hədiyyələri və mükafatları təqdim olunub.

Qeyd edək ki, TÜRKSOY-un gənclik xoru 2015-ci ildə yaradılıb.

TÜRKSOY-un gənclik xoru Astanada son qastrol konserti ilə çıxış edib
TÜRKSOY-un gənclik xoru Astanada son qastrol konserti ilə çıxış edib

20-10-2018, 14:30



Fikirlər