Kabildə seçki günü 3 partlayış: uşaq ölüb, 30 yaralı var - YENİLƏNİB

Kabildə seçki günü 3 partlayış: uşaq ölüb, 30 yaralı var - YENİLƏNİB

13:00

Əfqanıstanın paytaxtı Kabildə parlament seçkiləri günü silsilə partlayışlar olub.

Realnews.az qafqazinfo-ya istinadən xəbər verir ki, ölkənin DİN nümayəndəsi şəhərin müxtəlif rayonlarında üç partlayışın olduğunu bildirib. Onun sözlərinə görə, partlayışlar seçki məntəqələrinin yaxınlığında baş verib.

İtaliyanın "Emergency" qeyri-hökumət təşkilatı Kabuldakı partlayışla bağlı məlumat yayıb. Bildirilir ki, cərrahiyyə mərkəzinə 30 yaralı, o cümlədən uşaq gətirilib. Azyaşlı daha sonra dünyasını dəyişib.

----------
12:27

Əfqanıstanın paytaxtı Kabil şəhərində seçki məntəqələrində bir neçə partlayış baş verib.

Realnews.az report-a istinadən xəbər verir ki, insidentin digər təfərrüatı hələlik açıqlanmır.

Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir.

20-10-2018, 13:15



Fikirlər