UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

UFC prezidenti Nurməhəmmədov-Meyvezer döyüşündən danışdı

UFC prezidenti Deyna Uayt Həbib Nurməhəmmədovla Floyd Meyvezer arasında baş tutması gözlənilən görüş barədə danışıb.

Realnews.az oxu.az-a istinadən xəbər verir ki, o, ESPN telekanalına açıqlamasında bunun şayiədən başqa bir şey olmadığına işarə vurub:

"Buna fikir verməyin. Hər şeydən əvvəl Meyvezerin komandası bizə, ümumiyyətlə, müraciət etməyib. Həbibin isə UFC ilə qüvvədə olan müqaviləsi mövcuddur".

Qeyd edək ki, Həbib Nurməhəmmədov oktyabrın 14-də amerikalı boksçu Floyd Meyvezeri döyüşə çağırıb. Meyvezer isə bildirib ki, Nurməhəmmədov boks qaydaları ilə döyüşməyə razılıq versə, buna hazırdır

20-10-2018, 12:00



Fikirlər