Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Ərdoğan: "Azərbaycan hər zaman Türkiyənin yanında olub"

Azərbaycan hər zaman Türkiyənin yanında olub və qardaş ölkədir.

Realnews.az Trend-ə istinadən xəbər verir ki, bunu STAR Neft Emalı Zavodunun açılışını şərh edərkən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O qeyd edib ki, Azərbaycanın Türkiyənin yanında olması və onun nailiyyətləri Ankaranı sevindirir.

Qeyd edək ki, bu gün İzmir şəhərində SOCAR-a məxsus STAR Neft Emalı Zavodunun açılışı baş tutacaq.

19-10-2018, 15:03



Fikirlər