İŞİD 2-ci yaponu da edam etmək istəyir

İŞİD 2-ci yaponu da edam etmək istəyirİŞİD terror qruplaşması girov götürdüyü ikinci Yaponiya vətəndaşı Kendzi Qotonu 24 saatdan sonra edam etmək niyyətində olduğunu elan edib.

RealNews.Az APA-ya istinadən bildirir ki, edam İordaniyada həbsdə saxlanılan Səccidə ər Rişauyinin sutka ərzində azadlığa buraxılmayacağı təqdirdə baş tutacaq. Səccidə ər Rişauyi 2005-ci ildə Ammanda partlayış törətməkdə ittiham olunaraq həbs edilib.

Qeyd edək ki, İŞİD-in yaydığı video çarxda yaponiyalı girov Kendzi Qoto əlində silahlıların əsir götürdüyü iordaniyalı pilot Maaz Kəssasbehin şəklini tutub.

Bundan əvvəl İŞİD girov götürdüyü Yaponiya vətəndaşıXaruna Yukavanı edam edib.

27-01-2015, 22:20



Fikirlər