Rusiyada 8 avtomobil bir-birinə girdi: 8 yaralı

Rusiyada 8 avtomobil bir-birinə girdi: 8 yaralı

Rusiyanın Tver vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, M-9 federal trasında 8 avtomobil, o cümlədən avtobus toqquşub.

Qəza nəticəsində ən azı 8 nəfər xəsarət alıb.

Xatırladaq ki, bu, Tverdə son günlər ərzində qeydə alınan ikinci ağır yol qəzasıdır. Oktyabrın 5-də Kalininsk rayonunda avtobusla mikroavtobusun toqquşması nəticəsində 13 nəfər həlak olmuşdu.

15-10-2018, 11:07



Fikirlər