Beyləqan sakini su kanalına düşərək boğulub

Beyləqan sakini su kanalına düşərək boğulub

Beyləqan rayonunda yerli sakin su kanalına düşərək boğulub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Qarabağ su kanalının Beyləqan rayon Eyvazlılar kəndindən keçən hissəsində qeydə alınıb.

Kənd sakini, Mərdan Mirzəyev hələ ki, bilinməyən səbəbdən su kanalına düşüb, nəticədə boğularaq ölüb.

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri meyitin axtarışlarını davam etdirir.

Faktla bağlı araşdırma aparılır.

13-10-2018, 11:30



Fikirlər