Prezident İlham Əliyev icra başçılarının yerini dəyişdi

Prezident İlham Əliyev icra başçılarının yerini dəyişdi 18:59

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.A.Ağayevin Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mübariz Alı oğlu Ağayev Göyçay rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

---------
18:53

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev M.H.Məmmədovun Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mənsur Həmzə oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

Prezident İlham Əliyevin digər sərəncamı ilə Yaşar Qəhrəman oğlu Məmmədov Ucar rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

----------
18:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mübariz Alı oğlu Ağayevin Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsin".

Prezident İlham Əliyevin digər sərəncamı ilə Qubaya yeni icra hakimi təyin edilib.

Prezidentin bununla bağlı verdiyi sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:

Yaşar Qəhrəman oğlu Məmmədov Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin".

27-01-2015, 22:02



Fikirlər