Avtobus sərnişin nəqliyyatında köklü dəyişikliklər olacaq - Prezidentin xəbərdarlığı bir siqnal idi

İşinə məsuliyyətsiz yanaşanlar marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

"Bakıda sərnişindaşıma sahəsində fəaliyyət göstərən, lakin işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq".

Bu barədə Milli.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev bildirib.



Onun sözlərinə görə, Bakı şəhərinin ictimai nəqliyyatında göstərilən xidmətlərin həm təhlükəsizlik, həm də keyfiyyət nöqteyi-nəzərindən qabaqcıl dünya standartlarına çatdırılması məqsədilə, sərnişinlərin avtobus nəqliyyatından təhlükəsiz və rahat istifadəsinin təşkili üçün avtobus parkının yenilənməsi daim diqqət mərkəzindədir: "Son 3 ildə orta və iritutumlu 300-dən artıq müasir sərnişindaşıyan avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Daha 300 müasir və komfortlu, eyni zamanda iritutumlu avtobusların alınması ilə bağlı iş aparılır. Məqsədimiz, sərnişinlərimizə təhlükəsiz, keyfiyyətli və şəhərimizin inkişaf edən simasına uyğun sərnişindaşıma xidmətinin təşkilinə nail olmaqdır".



REKLAM

facebook.com

Daha ətraflı
Native Video by Adributor


Azərbaycan Prezidenti: Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir
Lakin M.Ağayev qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin də vurğuladığı kimi özəl sektorun bu sahədəki fəaliyyəti özünü doğrultmayıb: "Baxmayaraq ki, dövlət tərəfindən bütün sahələrdə, o cümlədən sərnişindaşımada fəaliyyət göstərən sahibkarlar üçün sağlam mühit formalaşdırılıb. Əvvəllər də bildirdiyimiz kimi, bu gün daşıyıcıların böyük əksəriyyətinin istehsalat və maddi-texniki bazaları, avtobus parkı qoyulan tələblərə cavab verməyən səviyyədədir. Daşıyıcılara məxsus avtobusların 50 faizinin yenilənməsi zərurəti yaranıb. Marşrut xətləri üzrə fəaliyyət göstərən sürücülərin peşəkarlıq səviyyəsi olduqca aşağıdır. Sükan arxasında fiziki və psixoloji durumunda problemləri olan, eyni zamanda müvafiq sənədləri olmayan şəxslər əyləşir. Bütün bunlar isə sərnişindaşıma ilə məşğul olan daşıyıcıların işə məsuliyyətsiz yanaşmasının doğurduğu məntiqi nəticədir".



Prezidentin sərt xəbərdarlığından sonra yol polisi hərəkət keçdi - Avtobus sahiblərinə qarşı - FOTO
BNA-nın sözçüsü bəyan edib ki, qurum bundan sonra işinə məsuliyyətsiz yanaşan daşıyıcılara qarşı qarşı daha sərt tədbirlər görəcək: "Sərnişindaşımada xidmətin keyfiyyətinin artırılması üçün BNA səlahiyyətləri çərçivəsində zəruri olan bütün tədbirləri həyata keçirir. Bu işlər bundan sonra daha da sürətləndiriləcək. Cənab Prezidentin aprelin 2-də və iyulun 6-da imzaladığı müvafiq fərmanlar bu istiqamətdə başladığımız işlərin daha səmərəli təşkil edilməsi baxımından olduqca əhəmiyyətlidir. Yeni alınacaq nəqliyyat vasitələrinin alınması marşrut xətlərinin bölgüsündə dövlət qurumunun payı əhəmiyyətli dərəcədə artırılacaq və bunun nəticəsində də işinə məsuliyyətsiz yanaşan daşıyıcılar marşrut şəbəkəsindən kənarlaşdırılacaq.
Dövlət başçımızın vurğuladığı kimi əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər".

10-10-2018, 15:18



Fikirlər