Əli Mirəliyevin xəstəxanalıq olma xəbəri yalan imiş

Əli Mirəliyevin xəstəxanalıq olma xəbəri yalan imiş

Müğənni Əli Mirəliyevin ayağının sınması ilə bağlı xəbər yalan çıxıb.

Realnews.az teleqraf.com-a istinadən bildirir ki, ifaçı həftənin cümə günü mətbuata müsahibəsində başına iş gəldiyini, ayağının əzildiyini demişdi.

Elə həmin gün Mirəliyev ad günü məclislərindən birinə qatılıb və şıdırğı rəqs edərkən görüntülənib.

Qeyd edək ki, Ə.Mirəliyev "Bağda işləyirdim, ayağım armaturla pilləkan arasında sıxılıb qaldı. Evdəkilər xəbər tutdu, tez həkimə çatdırdılar. Sağ olsun həkimlər, yardım etdilər. İynə vurdular, ağrıdan ölürdüm. İndi yaxşıyam, axsaya-axsaya yeriyirəm" deyə, açıqlama vermişdi.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Əli Mirəliyevin xəsarət alması xəbəri yalan çıxdı: Görün necə oynayır

8-10-2018, 15:22



Fikirlər