Sabirabadda "Qırmızı Kitab"a düşən bitkiyə qarşı soyqırımı

Sabirabadda "Qırmızı Kitab"a düşən bitkiyə qarşı soyqırımı

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Sabirabad rayon Salmanlı kəndi ərazisində yaş köküstə 83 ədəd yulğun kolunun kökündən çıxarıldığı aşkar edilib.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, araşdırma zamanı yulğun kollarının Salyan rayon Yuxarı Noxudlu kənd sakini Vaqif Babayev tərəfindən çıxarıldığı məlum olub.

Faktla bağlı V.Babayev barəsində akt tərtib olunub və təbiətə 6640 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Sabirabad rayon Prokurorluğuna göndərilib.

Qeyd edək ki, yulğun kolu adı Azərbaycanın "Qırmızı Kitab"ına salınan bitkilərdən olduğu üçün dövlət tərəfindən qorunur və onun icazəsiz kəsilməsi, çıxarılması, məhv edilməsi qadağandır.

8-10-2018, 11:25



Fikirlər