Türkiyədə kütləvi zəhərlənmə: 32 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyədə kütləvi zəhərlənmə: 32 nəfər xəstəxanaya yerləşdirildi

Türkiyənin Qaziantep vilayətində kütləvi zəhərlənmə baş verib.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, 32 nəfər xlordan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, hadisə idman komplekslərindən birində hovuz dezinfeksiya edildikdən sonra baş verib.

Zəhərlənən şəxslərdən 6 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, sonuncu dəfə Türkiyədə may ayında kütləvi zəhərlənmə faktı qeydə alınmışdı, həmin vaxt 81 hərbçi zəhərlənmişdi.

8-10-2018, 10:30



Fikirlər