Bakıda ikimərtəbəli evdə yanğın olub

Bakıda ikimərtəbəli evdə yanğın olubRealnews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Baknın Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan, ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin 1 otağında ev əşyaları 10 kv.m sahədə yanıb.

Yanğından evin qalan hissəsi və bitişik evlər mühafizə olunub. Yanğın saat 21:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

5-12-2014, 23:58



Fikirlər