Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı - 49 nəfər saxlanıldı

Türkiyədə genişmiqyaslı antiterror əməliyyatı - 49 nəfər saxlanıldı

Türkiyənin 6 vilayətində PKK/KCK-ya qarşı növbəti antiterror əməliyyatı keçirilib.

Realnews.Az Qafqazinfo-ya istinadən bildirir ki, əməliyyat çərçivəsində Batmanda Xalqların Demokratik Partiyasından (HDP) olan bələdiyyə sədri Nizaməddin Toğuç da daxil olmaqla 8 nəfər, Ağrıda 25, Ankarada 5, Muşda 1, Mardində 1, Şanlıurfada 9 nəfər olmaqla ümumilikdə 49 nəfər saxlanılıb.

Qeyd olunur ki, bununla da Türkiyədə son iki gün ərzində terrorçulara qarşı aparılan əməliyyat çərçivəsində 137 şübhəli saxlanılıb.

6-10-2018, 15:51



Fikirlər