Əfqanıstanda seçki kampaniyası zamanı partlayış - 13 ölü, 40 yaralı - YENİLƏNİB

Əfqanıstanda seçki kampaniyası zamanı partlayış - 13 ölü, 40 yaralı - YENİLƏNİB

15:19

Əfqanıstanın şərqindəki Nanqarhar əyalətində baş vermiş partlayışda ölənlərin sayı 13 nəfərə çatıb.

Realnews.az Trend-ə istinadən bildirir ki, yaralı sayı da artıb. Belə ki, son məlumata görə, partlayışda yaralananların sayı 40 nəfərə çatıb.

----------

14:29

Əfqanıstanda seçkiqabağı təbliğat kampaniyası zamanı parlament üzvlüyünə namizədlərin görüşündə törədilən partlayış nəticəsində 10 nəfər ölüb, 25 nəfər yaralanıb.

Realnews.az report-a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətində Xalqın Evinə (Əfqanıstanda Aşağı Palata) üzvlüyə namizəd Nasir Mohmond adlı siyasətçinin ofisində törədilib.

Bildirilib ki, bölgədəki partlayışın məsuliyyətini hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Xatırladaq ki, bu il oktyabrın 20-də Əfqanıstanda parlament, 2019-cu il aprelin 20-də isə prezident seçkiləri keçiriləcək.

2-10-2018, 15:31



Fikirlər