Ərdoğan: "Türkiyənin məqsədi məhv etməkdir..."

Ərdoğan: "Türkiyənin məqsədi məhv etməkdir..."

Türkiyənin məqsədi təkcə öz ərazisində yox, həm də İraqda PKK-nı tamamilə məhv etməkdir.

Realnews.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında bir sıra yaşayış məntəqələrini PKK-dan təmizləyib:

"Biz öz sərhədlərimiz yaxınlığında terror strukturlarının yaradılmasına və möhkəmlənməsinə imkan verməyəcəyik".

Prezident əlavə edib ki, PKK Türkiyə üçün real təhlükədir.

2-10-2018, 13:16



Fikirlər