Adnan Oktarın "eşq yuvası" sökülür - "Kediciklər"lə yaşadığı villası boşaldıldı

Adnan Oktarın "eşq yuvası" sökülür - "Kediciklər"lə yaşadığı villası boşaldıldı
Genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan Adnan Oktar və tərəfdarlarına məxsus villaların sökülməsinə başlanılıb. Adnan Oktarın "kediciklər"lə yaşadığı villası boşaldılıb.

Cari ilin iyul ayından etibarən aparılan əməliyyatlar nəticəsində Adnan Oktara məxsus qeyri-qanuni yollarla inşa edilən çoxsaylı (təxminən 23 tikili) tikililər müəyyən edilərək aidiyyəti üzrə hüquq mühafizə orqanlarının nəzarətinə verilib.

İstanbul Böyükşəhər Bələdiyyəsi isə Adnan Oktarın əsas malikanəsi hesab edilən Kandilli ərazisində yerləşən villasının sökülməsinə qərar verib. Qərarın əsasında villanın içərisində olan əşyalar boşaldılıb.(Publika.az )

2-10-2018, 13:01



Fikirlər