Bakıda qatar avtobusla toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO

Bakıda qatar avtobusla toqquşdu: ölən var - YENİLƏNİB + VİDEO
Bakıda baş verən ağır qəzada yaralananların sayı artıb.

Səhiyyə Nazirliyindən Oxu.Az-a bildirilib ki, hadisə nəticəsində 20 nəfər xəsarət alıb.

Onlardan onu kişi, yeddisi qadın, üçü isə uşaqdır. Hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.

15:13

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.

Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edilib.

Səkkiz yaralı Sabunçuda yerləşən 3 saylı şəhər klinik xəstəxanasına aparılır.

Yaralılardan biri xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

14:56

Bakının Binə qəsəbəsində 160 nömrəli marşrut avtobusu yük qatarı ilə toqquşub.

Hadisə şahidlərinin Oxu.Az-a verdiyi məlumata görə, qəza nəticəsində qatarın teplovozu yoldan çıxıb, avtobus sərnişinləri arasında yaralananlar var.

Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova Oxu.Az-a açıqlamasında bildirib ki, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib:

“14.35 radələrində 160 saylı marşrut avtobusu həmin ərazidəki qorunan dəmiryolu keçidində yük qatarı ilə toqquşub. İlkin məlumata görə, xəsarət alanlar var. Hadisə ilə bağlı araşdırma aparılır”.

Xəbər yenilənəcək.


1-10-2018, 15:51



Fikirlər