“Azərkosmos” bu ilin ilk 8 ayında 15 mln. dollar gəlir əldə edib


Bu ilin yanvar-avqust aylarında "Azərkosmos" ASC dünyanın 22 ölkəsinə xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

Realnews.az report-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı "İxrac icmalı"nda bildirilir.

Məlumata görə, hesabat dövründə səhmdar cəmiyyəti 15,3 mln. ABŞ dolları məbləğində gəlir əldə edib. "Azərkosmos"un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 86%-ni təşkil edib.

2018-ci ilin avqust ayında isə "Azərkosmos"un xidmət ixracının dəyəri 1,3 mln. dollar olub.

Dövlət şirkətinin 8 ay ərzində xidmət ixracı həyata keçirdiyi əsas ölkələr Fransa, Malayziya, BƏƏ, Almaniya və Gürcüstandır.

1-10-2018, 14:45



Fikirlər