İndoneziyada təbii fəlakət qurbanlarının sayı 1200-ü keçdi

İndoneziyada təbii fəlakət qurbanlarının sayı 1200-ü keçdi

İndoneziyanın Mərkəzi Sulavesi bölgəsində baş verən zəlzələ və sunami nəticəsində ölənlərin sayı 1200-ü keçib.

Realnews.az Oxu.Az isidnaden xəbər verir ki, bununla bağlı ölkənin xilasetmə və axtarış milli agentliyi məlumat yayıb.

Yaxın vaxtlarda ölənlərin sayının iki dəfə artacağı istisna edilmir. Məlum olub ki, təbii fəlakət Sulavesi adasının Palu şəhərinin cənubundakı yaşayış məntəqəsini tamamilə məhv edib.

Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ötən cümə günü İndoneziyada baş verən 7,7 bal gücündə zəlzələdən sonra 200 afterşok meydana gəlib və Sulavesi adasında sunami olub

1-10-2018, 10:45



Fikirlər