Oqtay Əsədov da kralın dəfninə gedir

Oqtay Əsədov da kralın dəfninə gedir19:27

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səudun dəfn mərasimində iştirak etmək üçün yanvarın 23-də ölkənin ər-Riyad şəhərinə səfər edib.

Parlamentin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Səudiyyə Ərəbistanı ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Fəttah Heydərov, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə və xarici işlər nazirinin müavini Xələf Xələfov daxildirlər.

Səfər çərçivəsində parlament sədrinin mərasimdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri gözlənilir.
Səfər yanvarın 24-də başa çatacaq.

----------
14:49

Bu gün Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə və Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası işçi qrupunun rəhbəri Fəttah Heydərov Səudiyyə Ərəbistanına yola düşüblər.

Milli Məclisdən APA-ya verilən məlumata görə, onlar bu ölkəyə kral Abdullah ibn Əbdüləzizin dəfn mərasimində iştirak etmək məqsədilə gediblər.

Dəfn mərasimi bu gün keçiriləcək.

23-01-2015, 23:35



Fikirlər