Vərəmlə mübarizə haqqında qanun dəyişdirilir

Vərəmlə mübarizə haqqında qanun dəyişdirilir

“Vərəmlə mübarizə haqqında” qanuna dəyişikliklər ediləcək.

Bu haqda Oxu.Az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib.

O qeyd edib ki, bu qanunun qəbulundan uzun müddət keçir və ona yenidən baxılması zərurəti yaranıb:

“Odur ki, həmin qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin parlamentə daxil olması və payız sessiyasında müzakirələrə çıxarılması gözlənilir”.

Komitə sədri deyib ki, “Sanitariya epidemioloji salamatlıq haqqında” qanuna baxılması nəzərdə tutulur:

“Bu da çox vacib məsələlərdəndir, daim gündəmdə olan mövzulardandır”.

25-09-2018, 17:34



Fikirlər