Xalq artisti: "Dəfələrlə istəsə də ailə həyatı qura bilməyib..."

Xalq artisti: "Dəfələrlə istəsə də ailə həyatı qura bilməyib..."

Xalq artisti Naibə Allahverdiyeva ATV-də yayımlanan "Həyətimiz" adlı televiziya verilişində yer alıb. Hər həftə maraqlı səhnəciklərlə efirə çıxan aktrisa obrazı haqda milli.Az-a açıqlama verib:

"Televiziya verilişində oynadığım obrazın adı Bəstidir. O, çox yaxşı qızdır, ürəyi təmizdir. Anasız, atasız böyüyüb. Heç cür bu qadının həyatda bəxti gətirmir. Dəfələrlə istəsə də ailə həyatı qura bilməyib. Bütün xanımlar kimi o da xoşbəxt olmaq istəyir. Hadisələr məhəllənin ən məşhur həyətlərindən birində baş verir. Məndən başqa ekran işində Azər Axşam, Əkbər Əlizadə, Raksana İmir və s. aktyorlar yer alır", - deyə xalq artisti bildirib.

25-09-2018, 12:30



Fikirlər