Prezident Bakının hədəflərini açıq göstərdi – Şərh

Prezident Bakının hədəflərini açıq göstərdi – Şərh

Prezident İlham Əliyevin Milli Məclisdəki çıxışı şərəfli yolun hansı çətinlikdən keçdiyinin, bu gün həm daxili, həm də xarici siyasətdə, eyni zamanda iqtisadi islahatların, hərbi potensialın daha da güclənməsi ilə bağlı qarşıya qoyulan hədəflərin beynəlxalq səviyyədə nümayişi idi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. O bildirib ki, belə tədbirlər Azərbaycan dövlətinin keçdiyi şərəfli tarixin göstəricisidir:

“Azərbaycan Parlamentinin yaradılmasının 100 illiyinə həsr edilmiş möhtəşəm tədbirin keçirilməsi həm dostlara, həm də düşmənlərə bir mesaj oldu. Keçirilən tədbir Azərbaycan Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı verilən qəraraların bir davamıdır. Bunu həm keçirilən parad, həm də tarixi hadisələri gələcək nəsillərə ötürmək istiqamətində atılan addımlar da bir daha göstərdi”.

Politoloq vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin Azərbaycan üçün prioritet bir istiqamət olduğu dövlət başçısının çıxışında bir daha öz əksini tapdı:

“Problemin həllində sülhün tərəfdarı olmağımıza baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi üçün hərbi potensialımız da var. Azərbaycanın ərazi bütövlüyünün hərbi yolla həlli də bir variant kimi hər zaman aktualdır. Cənab Prezident öz çıxışında ermənilərdən fərqli olaraq, Azərbaycan qarşısında duran əsas məsələnin ərazilərimizin işğalçılardan təmizlənməsi, suverenliyin və milli təhlükəsizliyimizə olan təhdidlərin qarşısının alınması, iqtisadi layihələrin həyata keçirilməsi və bununla da Azərabaycan vətəndaşının sosial rifahının daha yüksək səviyyədə təmin edilməsi olduğunu vurğuladı. Məhz buna görə də Azərbaycan bütün regional və qlobal iqtisadi layihələrdə aparıcı rolda iştirak, beynəlxalq tədbirlərə ev sahibliyi edir və bütün bunlar erəmənilərin təcrid edilməsi ilə nəticələnir”.Prezident Bakının hədəflərini açıq göstərdi – Şərh

22-09-2018, 15:45



Fikirlər