Məşqçilər Komitəsi Prosineçki ilə görüşdü

Məşqçilər Komitəsi Prosineçki ilə görüşdüDekabrın 5-də AFFA-nın Məşqçilər Komitəsinin üzvləri ilə Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki arasında görüş keçirilib.

AFFA-nın mətbuat xidmətindən Realnews.az;n Publika.az-a verilən məlumatına görə, qurumun inzibati binasında keçirilən görüşdə Robert Prosineçki və Məşqçilər Komitəsinin üzvləri Azərbaycan milli komandası barədə ətraflı fikir mübadiləsi aparıblar.

Görüşdə AFFA-nın baş katibi Elxan Məmmədov, Vaqif Sadıqov, Ağasəlim Mircavadov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak edib.

5-12-2014, 23:49



Fikirlər