Donald Tramp ABŞ tarixinin ən pis səhvini açıqladı

Prezident Corc Buşun rəhbərliyi altında ABŞ qoşunlarının Yaxın Şərqə yeridilməsi Birləşmiş Ştatlar rəhbərliyinin etdiyi ən pis səhvdir.

REALNEWS.AZ report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Hill.TV"yə müsahibəsində bildirib.

"Ölkəmizin tarixində edilən ən pis səhv Prezident Buşun təşəbbüsü ilə Yaxın Şərqdəki hərbi iştirakdır", - D.Tramp deyib.

Onun sözlərinə görə, özündən əvvəlki ABŞ Prezidenti Barak Obama da Yaxın Şərqdən qoşunları geri çəkməklə səhv edib, amma qoşunların ora yeridilməsi elə ən böyük səhvdir.

Amerikalı lider fikrini bu qərarın ABŞ-a 7 trilyon dollara və milyonlarla insan həyətına başa gəlməsi ilə izah edib.

20-09-2018, 11:45



Fikirlər