Ekspert: "Azərbaycan Prezidentinin bəyanatları ilə insanların təhlükəsizliyimizin yüksək səviyyədə təmin olunmasına inamı daha da artır"

Ekspert: "Azərbaycan Prezidentinin bəyanatları ilə insanların təhlükəsizliyimizin yüksək səviyyədə təmin olunmasına inamı daha da artır"

Prezident İlham Əliyevin sıx-sıx həyata keçirdiyi bölgə səfərləri ölkənin bütün regionlarını əhatə etməklə böyük sosial-siyasi, iqtisadi və hətta dünyaya önəmli mesajlar baxımından beynəlxalq əhəmiyyətə malikdir.

Realnews.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, dövlət başçısının cənub bölgələrinə sonuncu səfəri də bu kontekstdə diqqəti cəlb edir:

"Cənab Prezidentin iştirakı ilə açılışı keçirilərək istismara verilən və ya təməli yeni qoyulan infastruktur layihələri - yollar, məktəblər, xəstəxanalar, gənclər evləri və mədəniyyət ocaqları əhalinin rifahına müsbət təsir göstərməklə bərabər, Azərbaycanın dövlət siyasətinin həqiqətən də sosial mahiyyət daşıdığını parlaq şəkildə nümayiş etdirir. Dövlət başçısının bölgə səfərləri qeyri-neft sektorunun əsas arenası olan rayonlarda iqtisadi inkişafın yeni perspektivlərini düzgün müəyyənləşdirmək baxımından çox önəmlidir. Bölgələrdə xalqla birbaşa təmaslar cənab Prezidentin fəaliyyətinə böyük ictimai dəstəyi göstərən siyasi faktor kimi də əhəmiyyətlidir. Nəhayət, Prezidentin bölgə səfərləri ölkənin regional inkişaf sürəti və ümumi dövlət siyasəti barədə dünyaya verilən mesajların təsirli roluna görə həm də beynəlxalq əhəmiyyətlidir".

A.Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin cənub bölgəsinə səfəri zamanı ordumuzun gücü və Bakının azad edilməsi ilə bağlı bir müddət əvvəl keçirilmiş yubiley paradı barədə fikirləri isə azı iki istiqamətdə önəmlidir:

"Əvvəla, belə bəyanatlarla insanların təhlükəsizliyimizin yüksək səviyyədə təmin olunmasına inamı daha da artır. İkincisi, dünyadakı bəlli ünvanlar "Azərbaycan Ordusu düşmənə layiqli cavabını verir, verəcək" kimi sərt mesajı məhz xalqın arasında olan Prezidentin dilindən eşidirlər. Bu, çox vacib məqamdır. 2016-cı ilin aprelində Lələtəpədə və bu ilin mayında Naxçıvanda keçirilmiş tarixi əməliyyatlardan sonra bu günlərdə düşmən təxribatına verilmiş ağır cavab barədə ilk mesajlar məhz cənub səfərində açıqlandı. Cənab prezidentin ilk dəfə açıqladığı bu məlumatlar əslində xalqımızın haqq-ədalət müharibəsinə möhkəm inandığını və bu müharibəyə hər vaxt dəstək verməyə hazır olduğunu dostlarımıza da, düşmənlərimizə də çox dəqiq şəkildə göstərdi".

19-09-2018, 17:00



Fikirlər