Havanın temperaturu enəcək: yağış yağacaq

Havanın temperaturu enəcək: yağış yağacaq

Artıq havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enməyə başlayacaq.

Realnews.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədovanın verdiyi xəbərə görə, rayonlarda bəzi yerlərdə şimşək çağacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı dağlıq və dağ ətəyi rayonlarda yağışın leysan xarakterli, intensiv olacağı, dolu düşəcəyi ehtimal edilir. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Gülşad Məmmədova "Bu yaxın iki gün ərzində havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcəyədək aşağı enəcək" deyib.

18-09-2018, 13:00



Fikirlər