Nani zədəsini sağaltdı - "Qarabağ"a qarşı oynayacaq

Nani zədəsini sağaltdı - "Qarabağ"a qarşı oynayacaq

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Portuqaliyanın "Sportinq" klubunun zədələ futbolçulaır ilə bağlı yeni məlumat var.

Milli.Az xəbər verir ki, komandanın ulduzu Luiş Nani zədəsini sağaldıb. O, artıq kollektivlə məşqlərə başlayıb. 31 yaşlı futbolçu "Qarabağ"la görüşdə komandasına kömək edə biləcək.

Lissabon təmsilçisinin ötən mövsüm bombardiri olan Bas Dostun "Qarabağ"la görüşdə iştirak edib-etməyəcəyi sual altındadı. 29 yaşlı hollandiyalı hücumçu müalicəsini davam etdirir. Hər şeyə oyuna saatlar qalmış aydınlıq gələcək.

Qeyd edək ki, "Sportinq" - "Qarabağ" görüşü sentyabrın 20-də baş tutacaq.

18-09-2018, 11:15



Fikirlər