Avtobuslar yenə gecikir

Avtobuslar yenə gecikir

Bakıda avtobusların hərəkətində ləngimələr var.

Realnews.tv Trend-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə Bakı şəhəri üzrə bəzi küçə və prospektlərdə sıxlıq və tıxac müşahidə edilir.

Yollardakı sıxlıq və tıxac səbəbindən avtobusların təyin olunmuş interval üzrə hərəkətində ləngimələr qeydə alınır.

Bakı Nəqliyyat Agentliyi sərnişinlərdən xahiş edir ki, sıxlıq və tıxacla əlaqədar avtobusların ləngiməsini anlayışla qarşılasınlar

18-09-2018, 11:00



Fikirlər