Müəyyən sahələrdə Texniki Təhlükəsizlik qaydalarının üzləşdiyi problemlər

Müəyyən sahələrdə Texniki Təhlükəsizlik qaydalarının üzləşdiyi problemlərBədbəxt hadisələri doğuran səbəblərsə müxtəlifdir. Məsələn, işçilərin əməyin mühafizəsi tələblərini yerinə yetirmək üçün hazırlanmaması, onların istifadə etdikləri əmək vasitələri ilə düzgün davrana bilməməsi, iş icraçıları, sex rəislərinin, digər rəhbərlərin səhlənkarlığı və təcrübəsizliyi, bu məsələdə öz sözünü deyir.
Bununla bağlı bir neçə şirkətlərdə müsahibələr apardıq. Bunların arasında Texniki Təhlükəsizlik üzrə şöbə müdiri vəzifəsində çalışan Ramil Həsənovun fikirləri daha çox diqqəti çəkdi.
Ramil Həsənov müsahibəsində bildirdi ki, bədbəxt hadisələrin ən çox yer aldığı sahələr İnşaat sahələri, zavod və fabriklərdir. Ümumiyyətcə şəhərin bir çox yerlərində tikilən hündürmərtəbəli yaşayış binalarında texniki təhlükəsizlik üzrə mütəxəssislrin olmaması, orda çalışan işçi heyyətinin bədbəxt hadisələrlə tez tez üzləşməsinə səbəb olur. Bunlar əsasən işçilərin müvafiq iş geyimindən, yəni qoruyucu kəmərlərdən və dəbilqələrdən imtina etməsi, eləcə də, iş icraçılarının səhlənkarlığı ilə bağlıdır.
Belə qəzaların içində, hündür mərtəbədən yıxılma hadisələri daha çox yer alır. Bu zaman təhlükəsizlik üçün nəzərdə tutulan, qorxuluqların olmaması, işçilərin xəbərdar olması üçün qadağanedici və məlumatlandırıcı lövhələrinin olmaması, işçilərin təhlükəsizlik kəmərindən istifadə etməməsi kimi hallar baş almaqda davam edir. Eləcə də, onlarla heç bir əmək müqaviləsi imzalanmadan və sığortalanmadan işə ğötürülür, iş zamanı hər hansı bir bədbəxt hadisə baş verdikdə, işçinin öz hesabına mualicə alması və bu hadisələrin Dövlət Əmək Müfətişliyindən gizlədilməsi yer alır. Ramil Həsənovun dediyininə əsasən burada dövlət orqanlarının da öz məsuliyyətsizliyi var. Onun sözlərinə görə Bakı şəhərinin bir çox yerlərində beş mərtəbəli və daha hündür binaların fasad örtüklərinin təmizlənməsi və yenilənməsi, hər kəsin gözünün önündə aparılır, yəni bu binaların qarşısından gündə ən azı bir dəfə dövlət məmurları keçərək ordakı işçilərin necə çalışdığını yəni toz maskalarından, dəbilqədən, iş ayyaqabısından, qoruyucu eynəklərdən və təhlükəsizlik kəmərindən istifadə etmədən çalışdığını görməklərinə baxmayaraq heç bir reaksiya vermirlər, və təəsüf olsun ki, bu problem hələdə qalmaqda davam edir.
Ramil Həsənov bədbəxt hadisələrin tikintidən başqa nəinki nəqliyyat, neft sektoru, energetika sahəsində, hətta hamımızın kənardan problemsiz və qorxusuz gördüyümüz təmizlik sahəsində də baş verdiyini bildirdi.

Təmizlik sahəsində hansı bədbəxt hadisələr ola bilər ki?

Ramil Həsənov sualımızı belə cavablandırdı. Kimyəvi maddələr sayılan təmizləyici vasitələrdən düzgün istifadə edilməməsi, onların təhlükəsizlik xüsusiyyətlərini bilmədən bir biri ilə qarışdırılması, saxlanma qaydalarının pozulması, kəskin qoxulu maddələrdən istifadə edərkən, əlcəklərin olmaması və iş sahəsinin qapalı olması, havalandırmanın olmaması kimi hallarda zəhərlənmə və s. hadisələr baş verə bilir.
Bəs sizin şirkətinizdə qəzalar, texniki təhlükəsizlik qaydalarının pozulması baş verib?
Bu sualımıza Ramil müəllim belə cavab verdi: Ümumiyyətcə qəsasız iş sahəsi və texniki təhlükəsizlik qaydalarının qorunduğu yüz faiz olan bir sahə anlayışı yoxdur, qəzaların baş vermə səbəblərini və risklərin minimuma endirilməsi anlayışı var, bizdə onu maksimum səviyyədə qorumağa çalışırıq. Məsələn: Mənim çalışdığım şirkətdə texniki təhlükəsizlik qaydasının pozulması ilə baş verən qəza sonuncu dəfə 2013 cü ilin aprel ayında olub və Allah şükürlər olsun ki, o vaxtdan bəri təhlükəsizlik qaydalarının pozuntusu ilə bağlı bir qəzam olmayıb, bunuda imkan daxilində qorumağa çalışıram.

Texniki Təhlükəsizlik qaydalarının qorunmasında çıxış yolunu nədə görürsüz?
Bu problemdən çıxış yolunu ekspertimiz, hər bir sahədə işə götürənin məsuliyyət hiss edərək ən azından bir nəfər təhlükəsizlik mütəxəssisi işə almağında və eləcədə insanların mətbuat və televiziya yolu ilə heç olmasa həftə ərzində bir dəfədə olsa belə, qısaca olaraq texniki təhlükəsizliyə aid video fraqmentlər göstərilərək təlimatlandırılmış olsalar, o zaman işçilər ən azından çalışdıqları sahədə ona uyğun necə hərəkət edə biləcəklərini bilərlər.
Sonda işçilərə tövsiyyəniz: İşə girdikləri zaman Əmək müqaviləsinin bağlanmasını və İcbari sığortasının olmasını tələb etmək və iş sahəsində hər şeydən öncə öz sağlamlıqlarını qorumaqlarını tövsiyyə edərdim.

20-01-2015, 15:36



Fikirlər