Roza Zərgərli İTV-dən getdi

Roza Zərgərli İTV-dən getdi

"Bakı vaxtı ilə" verilişinin yeni mövsüm anonsu yayımlanıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, veriliş sentyabr ayından ATV-də efirə gedəcək.

Tədbirlərin birində kameramıza tuş gələn verilişin müəllifi və aparıcısı, müğənni Roza Zərgərli məlumatı təsdiqləyib:

"Verilişim bu mövsüm sentyabrın 22-də, saat 23:00-da start götürəcək. "Bakı vaxtı ilə" yenidən baxdıqca baxılan ATV-də yayımlanacaq. Bu dəfə də görkəmli sənətkarlar haqqında danışacağıq, amma bu mövsüm daha maraqlı olacaq. Verilişdə bir çox gizli məqamlar ortaya çıxacaq: dəyərli sənətkarların yolunu kəsənlər, onları səhnədən uzaqlaşdırmaq istəyənlər, mane olanlar və s. Hər kəsi "Bakı vaxtı ilə" verilişini izləməyə dəvət edirəm".

Qeyd edək ki, sözügedən veriliş ötən mövsüm İTV-də yayımlanırdı.

13-09-2018, 15:15



Fikirlər