Serxio Ramos zirvədə, Almeyda və Qarayev Top 5-likdə

Serxio Ramos zirvədə, Almeyda və Qarayev Top 5-likdə

UEFA Millətlər Liqasında ilk 2 turdan sonra dəqiq ötürmələrin sayına görə ən yaxşı 5 futbolçunun adını açıqlayıb.

Realnews.Az qol.az-a istinadən xəbər verir ki, İspaniya millisinin kapitanı Serxio Ramosun (204 dəqiq ötürmə) başçılıq etdiyi siyahıda yığmamızın 2 üzvü - Riçard Almeyda və Qara Qarayev də yer alıb.

Braziliyalı milliləşdirilmiş yarımmüdafiəçi Kosovo (0:0) və Malta ilə oyunlarda (1:1) ümumilikdə 150 dəqiqə ötürmə verib ki, bu da onun 2-ci pillədə qərarlaşmasına səbəb olub. Qarayev isə 145 ötürmə ilə Top-5-liyin 4-ci sırasında yer alır.

TOP-5-lik isə bu cürdür:

Serxio Ramos (İspaniya) - 204

Riçard Almeyda (Azərbaycan) - 150

Okay Yokuşlu (Türkiyə) - 148

Qara Qarayev (Azərbaycan) - 145

Çağlar Söyüncü (Türkiyə) - 145

12-09-2018, 15:00



Fikirlər