Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 2013-cü il Reyhanlı terrorunun təşkilatçısı tutuldu

Türkiyə kəşfiyyatı Suriyada əməliyyat keçirdi: 2013-cü il Reyhanlı terrorunun təşkilatçısı tutuldu
Türkiyə kəşfiyyatı Suriya ərazisində xüsusi əməliyyat aparıb.

Reaknews.Az Trend-ə istinadən xəbər verir ki, əməliyyat nəticəsində 2013-cü ildə Türkiyənin Hatay vilayətinin Reyhanlı şəhərində törədilmiş terror aktının təşkilatçısı, Türkiyə vətəndaşı Yusuf Nazik saxlanılıb.

Y.Nazik Suriyanın Latakiya şəhərində ələ keçərək Türkiyəyə gətirilib.

Yerli KİV-in yazdığına əsasən, o, terror aktını Suriya kəşfiyyatının dəstəyi ilə həyata keçirdiyini etiraf edib.

Xatırladaq ki, 53 nəfərin ölümü, 155 nəfərin xəsarət alması ilə nəticələnən Reyhanlı terroruna görə məsuliyyəti DHKP-C daşıyır.

12-09-2018, 14:30



Fikirlər