Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub - YENİLƏNİB

Bakı Şəhər Baş Səhiyyə İdarəsinə yeni rəis təyin olunub - YENİLƏNİB

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi Elmira Əliyeva vəzifəsindən azad edilib.

Open.az-ın əldə etdiyi məlumata görə, E. Əliyeva öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Qeyd edək ki, E. Əliyeva 2012-ci ildən Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsində çalışırdı.

***

Bakı Şəhər Baş Səhiyyə İdarəsinin rəisi dəyişdirilib.

"Report" xəbər verir ki, 2012-ci ildən idarənin rəisi vəzifəsində çalışan Elmira Əliyeva sentyabrın 4-də öz xahişi ilə tutduğu vəzifədən azad olunub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov "Report"a faktı təsdiqləyərək bildirib ki, bu vəzifəyə Merli Veyisova təyin edilib.

M.Veyisova bu təyinata qədər 5 saylı poliklinikada baş həkimin müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Elmira Əliyevanın işdən azad olunması ilə bağlı xəbəri ilk olaraq open.az saytı yayıb.

11-09-2018, 12:48



Fikirlər