Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, qadın özünü binadan atdı

Bakıda 27 yaşlı kişi 46 yaşlı qadını zorlamaq istədi, qadın özünü binadan atdı
Bakıda xoşagəlməz hadisə baş verib.

Milli.Az media.az-a istinadən xəbər verir ki, qadın zorlanmadan qurtulmaq üçün özünü üçüncü mərtəbədən atıb.

Verilən məlumata görə, hadisə 9 sentyabr, saat 22:50-də Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

1972-ci il təvəllüdlü Z.Məmmədova ağır bədən xəsarətlərilə Klinik Tibb Mərkəzinə yerləşdirilib.

Araşdırmalar zamanı məlum olub ki, Seyidov küçəsi 21 ünvanında Z.Məmmədova tanışı 1991-ci il təvəllüdlü İ.Vəlizadə tərəfindən hücuma məruz qalıb. Qadın gənc tərəfindən zorlanmamaq üçün özünü pəncərədən yerə atıb.

Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Qaradağ rayonunda cinayət işi başlanılıb, araşdırmalar aparılır.

11-09-2018, 12:00



Fikirlər