Hacıqabul sakinindən silah-sursat götürülüb

Hacıqabul sakinindən silah-sursat götürülüb
Hacıqabul rayon sakinindən silah-sursat götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Meyniman kənd sakini Oqtay Bağırovun evindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-58” markalı tüfəng və 13 ədəd patron aşkar edilərək götürülüb.

7-09-2018, 13:47



Fikirlər