Bakıda tələbə 200 manatlıq əskinazları ayaqları altına səpdi – VİDEO

Bakıda tələbə 200 manatlıq əskinazları ayaqları altına səpdi – VİDEO

Sosial şəbəkələrdə bir tələbənin görüntüləri çoxlarının qəzəbinə səbəb olub.

Realnews.az Sfera.az a isdinaden xəbər verir ki, əlinə bir az pul düşən şəxslərin bunu maksimum şəkildə bildirmək istəyi bəzən heç də xoş nəticə vermir. Məsələn, Azərbaycan Dövlət İqtisad Universitetnin tələbəsi olan İlkin Süleymanov (videoda tələbə bileti görünür) yeni çıxan iki yüz manatlıq əskinasları əyləşdiyi maşında ayağının altına səpib.

O, bunu "Mənim pulum var” görüntüsü yaratmaq üçün edib və bunu videoya çəkərək paylaşıb. Aldığı reaksiya isə düşündüyü kimi olamayıb. Çoxları bunu qudurğanlıq, görməmişlik kimi qiymətləndirib. Hətta bəzi sosial şəbəkə istifadəçiləri bunu milli pulumuza qarşı hörmətsizlik olduğunu deyiblər.

Həmin görüntüləri sizlərə təqdim edirik:




/ Minval.info

13-09-2018, 17:30



Fikirlər