Qapıçıya 60 milyon avro!

Qapıçıya 60 milyon avro!"Real" (Madrid) klubu "Mançester Yunayted"in qapıçısı David de Xeanı transfer etməkdə israrlıdır.

RealNews.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi ispaniyalı qolkiperin transferi üçün yenidən "Mançester Yunayted" klubuna müraciət edib.

"Kral klubu" 24 yaşlı qapıçı üçün 60 milyon avro ödəməyə hazırdır. Mançester təmsilçisi də de Xea ilə müqaviləni yeniləmək niyyətindədir. Təcrübəli qolkiperin hansı qərar verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, de Xeanın "Mançester Yunayted"lə müqaviləsi 2016-cı ildə başa çatacaq.

20-01-2015, 14:15



Fikirlər