Prezident İlham Əliyev Balababa Rzayevi "Azərenerji" ASC-nin prezidenti təyin edib

Prezident İlham Əliyev Balababa Rzayevi "Azərenerji" ASC-nin prezidenti təyin edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev B.H.Rzayevin "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Realnews.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Balababa Hüseynağa oğlu Rzayev "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".

X X X

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev B.H.Rzayevin "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilməsi haqqında sərəncam imzalayıb.

Realnews.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Balababa Hüseynağa oğlu Rzayev "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin prezidenti təyin edilsin".

4-09-2018, 16:36



Fikirlər