"Adamın başına iş gələr də" - xalq artisti səhhətindən DANIŞDI

"Adamın başına iş gələr də" - xalq artisti səhhətindən DANIŞDI

"Çanaq sümüyümün sinirində problem yaranmışdı. Bakıdakı klinikaların birində on beş gün müalicə aldım, çox yaxşı da qulluq etdilər. İndi özümə gəlmişəm".

Milli.Az bildirir ki, bu fikirləri "ölkə.az"a açıqlamasında Azərbaycanın ən məşhur qarmon ifaçısı, xalq artisti Aftandil İsrafilov efirdə görünməməsinin səbəbləri barədə danışarkən səsləndirib. Əfsanəvi musiqiçi bildirib ki, müalicədən sonra beş günlük yekun proseduru da keçdikdən sonra səhhəti tam qaydasına düşəcək:

"Gərək bir beş gün də məşqlərə gedim. Adamın başına iş gələr də".
Məşhur musiqiçi yaradıcılıqla bağlı da danışıb:

"Havalar istidir deyə, adam rahat nəfəs ala bilmir. Amma yanvarın 24-nə-doğum günümə nəsə düşünürəm. İnşallah, 78 yaşım tamam olacaq"."Adamın başına iş gələr də" - xalq artisti səhhətindən DANIŞDI

29-08-2018, 11:07



Fikirlər